Braziliya millisinin və "Liverpul"un qapıçısı Alisson Bekker zədələnib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı qolkiper DÇ-2026-nın seçmə mərhələsinin oyununda - Kolumbiyaya qarşı matçda (2:1) başından xəsarət alıb.
Alisson görüşün 78-ci dəqiqəsində "Tottenhem"də çıxış edən Davinson Sançeslə toqquşub və meydanı tərk etmək məcburiyyətində qalıb.
Alissonun zədəsinin nə dərəcədə ciddi olduğu müayinələrdən sonra bilinəcək.