
"Bayer Leverkuzen"in müdafiəçisi Conatan Ta üç klubun maraq dairəsindədir.
Fanat.Az "Todofichajes"ə istinadən xəbər verir ki, Almaniya millisinin üzvünü “Barselona”, “Liverpul” və “Tottenhem” istəyir.
29 yaşlı futbolçunun indilik növbəti iş yeri ilə bağlı qərarını qətiləşdirmədiyi bildirilib.
Qeyd edək ki, Tanın "Bayer" ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq. Cari mövsüm Almaniya Bundesliqasında 25 matça çıxan arxa xətt oyunçusu 2 qol vurub.