Frankfurt "Ayntraxt"ının gənc yarımmüdafiəçisi Huqo Larsson karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az "Sky Sport"a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 20 yaşlı oyunçunun xidmətində "Mançester Siti" maraqlıdır.
Məlumata görə, sözügedən klub Larssonu 60 milyon avrodan aşağı məbləğə satmayacaq.
İsveçli futbolçu ilə "Arsenal", "Liverpul" və "Tottenhem" də maraqlanır.
Qeyd edək ki, Larsson cari mövsüm bütün turnirlərdə 37 matça çıxaraq 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.