İngiltərə Kubokunda 1/4 final mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.
“Fulhem”lə darmadağın edən “Kristal Pelas" ilk yarımfinalçı olub. “Brayton” – “Nottingem Forest” matçında isə qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan “meşəbəyilər” yarımfinala yüksəlib.
İngiltərə Kuboku
1/4 final
29 mart
Fulhem – Kristal Pelas 0:3
Qollar: Eze, 34. Sarr, 38. Nketia, 75.
Brayton – Nottingem Forest 0:0 (penaltilər 3:4)
30 mart
16:30. Preston – Aston Villa
19:30. Bornmut – Mançester Siti