"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti növbəti dəfə sıx təqvimin futbolçuları yükləməsindən gileylənib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin sözlərini AS belə çatdırıb:
"Futbol əvvəllər belə deyildi, başqa idman növü idi. Yalnız sıx təqvimin yorucu tərəflərini yox, həm də yüklənmələri və zədələri nəzərdə tuturam. Daha çox vaxtımız olacağına ümid edərək mövcud vəziyyətin öhdəsindən gəlməliyik. Reallıq budur ki, bu mövsüm çətinliklərlə üz-üzəyik. Ancaq qaçılmaz zədələri ciddiyə alaraq vəziyyəti sığortalaya bilirik"
Nihat