"Kristal Pelas"ın yarımmüdafiəçisi Ebereçi Eze karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır
Fanat.Az "TeamTalk"a istinadən xəbər verir ki, onun xidmətində “Mançester Yunayted” maraqlıdır.
Mənbə "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorimin 26 yaşlı ingiltərəli futbolçunun performansını olduqca yüksək dəyərləndirdiyini vurğulayıb.
Qeyd edək ki, cari mövsüm "Kristal Pelas"ın forması ilə 24 matça çıxan Eze 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.