“Napoli”nin hücumçusu Romelu Lukaku gələcəyi ilə bağlı qərarını verib.
Fanat.Az-ın “Tuttosport”a istinadən məlumatına görə, 31 yaşlı forvard 2026-cı ildə A Seriyası təmsilçisindən ayrılaraq vətəni Belçikaya qayıtmaq niyyətindədir.
Daha öncə karyerasını yetirməsi olduğu "Anderlext"də başa vurmaq istədiyini dilə gətirən təcrübəli futbolçu oğluna verdiyi sözü tutmaq üçün DÇ-2026-dan sonra Belçikaya dönməyi planlaşdırır.
Qeyd edək ki, Lukakunun "Napoli" ilə müqavilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat