"Çelsi”nin futbolçusu Uesli Fofana əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, Premyer Liqanın 30-cu turunda “Tottenhem”lə matçda zədələnən müdafiəçi dizindən əməliyyat edilib.
Fransalı oyunçunun mövsümün qalan hissəsində meydana çıxa bilməyəcəyi açıqlanıb.
Fofana cari mövsüm İngiltərə Premyer Liqasında 14 oyuna çıxıb.