"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 30-cu turunun oyunundan - "Betis"lə heç-heçə etdikləri matçdan (1:1) sonra fikirlərini bölüşüb.
Fanat.Az alman mütəxəssisin sözlərini "Marca" belə çatdırıb:
"Yorğunluğun öhdəsindən yetərincə yaxşı gəlirik. Komandada hər şey qaydasındadır, yaxşı formadayıq. Yaxşı bərpa olunuruq, məşq yükü çox da ağır deyil. Komandanın həm fiziki, həm də mənəvi cəhətdən hazır olması önəmlidir.
Futbolçulara dedim ki, ikinci hissədən razı qaldım, 100 faizimizi ortaya qoyduq. Bu xalı qazanmaq üçün çox çalışdıq. Heç də pis deyildi. Komandamla qürur duyuram".
Qeyd edək ki, 30 tura 67 xal toplayan "Barselona" turnir cədvəlinin 1-ci pilləsində mövqe tutub.