"Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 31-ci turunda səfərdə "Fulhem"dən aldıqları məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:
"Buraxılan səhvlərə görə həm mən üzgünəm, həm də azarkeşlər. Hərçənd biz tez-tez səhv etmirik, amma bu baş verirsə, futbolçular vəziyyəti dəyişməyə çalışırlar. "Fulhem"lə oyunda da eyni vəziyyətə şahidlik etdim. Futbolda hər şey ola bilər. Səhv edirsinizsə, sizi cəzalandırırlar".
Nihat