"Liverpul" iki ulduz futbolçusu ilə müqavilə yeniləməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Devid Ornşteyn yayıb.
Xəbərə görə, klub rəhbərliyinin misirli cinah hücumçusu Məhəmməd Salah və niderlandlı müdafiəçi Vircil van Deyklə apardığı danışıqlar müsbət sonucla yekunlaşmaq üzrədir.
Qeyd edək ki, Salah cari mövsüm Premyer Liqada 31 matça çıxaraq 27 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Kapitan van Deyk isə 43 qarşılaşmada 3 qol və 1 assistlə diqqət çəkib.
Nihat