"Fiorentina" rəhbərliyi komandanın təcrübəli qapıçısı David de Xea ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı "Calciomercato" yayıb.
Mənbə Florensiya təmsilçisinin ispan qolkiperlə müqavilə yeniləməyi hədəflədiyini vurğulayıb. Xəbərə görə, indiki illik maaşı 2 milyon avro olan David yeni sözləşməyə imza atandan sonra 2 dəfə çox - hər mövsüm üçün 4 milyon avro qazanacaq.
Xatırladaq ki, 2023-cü ilin yayında "Mançester Yunayted"dən azad agent qismində ayrılan de Xea 1 il futbolsuz qalandan sonra "Fiorentina"ya qoşulub. Cari mövsüm "bənövşəyilər"in forması ilə 31 matça çıxan qapıçı 34 qol buraxıb. Sözügedən futbolçu 10 oyunda qapısını toxunulmaz saxlayıb.
Nihat