Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində dünən baş tutan matçda "Arsenal"a 0:3 hesabı ilə uduzan "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem Londonda aldıqları darmadağın barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 21 yaşlı ingiltərəli futbolçunun sözlərini "Goal.com" belə çatdırıb:
"Bəxtimiz gətirdi ki, cəmi 3 qol buraxdıq. Biz qələbədən çox uzaq idik. "Arsenal"ın həqiqətən yaxşı oynadığı faktdır. Düzdür, onlar cərimə qollardan ikisini cərimə zərbələrindən vurdular, amma daha çox qol vura bilərdilər. Qarşıda cavab oyunu var. Həmin görüşdə qələbə qazanacağımıza ümidliyik".
Xatırladaq ki, tərəflərin İspaniyadakı qarşılaşması aprelin 16-da keçiriləcək.
Nihat