Argentinalı superulduz Lionel Messi formasını geyindiyi "İnter Mayami"ni KONKAKAF Çempionlar Kubokunun yarımfinalına yüksəlib.
Fanat.Az xəbər verir ki, Mayami klubu 1/4 finalın cavab matçında digər ABŞ təmsilçisi "Los Anceles"lə qarşılaşıb .
Oyun ilk görüşdə 0:1 hesabı ilə yenilən "İnter Mayami"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Dubla imza atan Messi məhsuldar ötürmə ilə də diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Messinin komandası yarımfinalda Kanada "Vankuver"i ilə üz-üzə gələcək.
Nihat