Perulu futbolçu Helar Qonsales Altamirano oyunun gedişində aldığı xəsarət səbəbindən həyatını itirib.
Fanat.Az “Mirror”a istinadən xəbər verir ki, hadisə Peru Kuboku matçında qeydə alınıb.
"Real Titan"da çıxış edən 21 yaşlı Qonsales "Defensor"la qarşılaşmanın 70-ci dəqiqəsində rəqib qapıçı ilə toqquşaraq başından ciddi zədə alıb. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas edə bilməyiblər. Helar beyin qanamasından vəfat edib.