Çempionlar Liqasının 1/4 final mərhələsinin Parisdə baş tutan ilk oyununda PSJ-yə 1:3 hesabı ilə uduzan "Aston Villa"nın müdafiəçisi Metti Keş məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Baş məşqçimiz bizimlə söhbət etdi və bu qarşılaşmanın yalnız birinci hissə olduğunu bildirdi. Biz evdə çox güclüyük və iki-üç qol vurmağa qadirik. Bu məğlubiyyətdən dərs çıxarmalı, irəli baxmalıyıq. PSJ-yə hörmət etməliyik. Rəqibimiz turnirin favoritidir".
Xatırladaq ki, tərəflərin İngiltərədəki cavab qarşılaşması aprelin 15-də olacaq.
Nihat