"Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallister karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, 26 yaşlı oyunçu ilə "Real Madrid" maraqlanır. Mənbə "Kral klubu"nun indilik "qırmızılar"a rəsmi təklif göndərmədiyini, lakin Makkalisterin mümkün transferinin müzakirə edildiyini vurğulayıb.
Sözügedən futbolçu cari mövsüm bütün turnirlərdə 44 matça çıxaraq 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı argentinalının transfer qiymətini 90 milyon avro ilə qiymətləndirir.