Modriç bu klubun səhmlərini alır

Modriç bu klubun səhmlərini alır

"Real Madrid"in və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç futbol klubunun minoritar səhmdarı olacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, sözügedən oyunçu hazırda Çempionşipdə çıxış edən "Suonsi"nin səhmlərinin 50 faizindən az hissəsini alacaq. Mənbə tərəflərin artıq razılığa gəldiklərini vurğulayıb. Bu addımın Lukanın peşəkar karyerasına hər hansı şəkildə təsir etməyəcəyi də diqqətə çatdırılıb.

Qeyd edək ki, cari mövsüm "Real" forması ilə bütün turnirlərdə 48 matça çıxan Modriç 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Kral klubu" ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayına qədər nəzərdə tutulub. 

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər