“Arsenal” cari mövsümün sonunda heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır.
Fanat.Az "El Nacional"a istinadən xəbər verir ki, London klubu "Leyptsiq"in forvardı Benyamin Şeşkonu sıralarına cəlb etmək niyyətindədir.
Qeyd edək ki, 21 yaşlı Şeşko cari mövsüm "Leyptsiq"in heyətində bütün turnirlərdə 40 matça çıxaraq 19 qol vurub.“Transfermarkt” portalı onun transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.