"Brayton"un 22 yaşlı hücumçusu Jorjinyo Rütter karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən jurnalist Patrik Berger yayıb.
Məlumata görə, onun xidmətində "Çelsi" maraqlıdır. Mənbə "zadəganlar"ın Rütteri cari mövsümün sonunda heyətə qatmağı hədəflədiklərini vurğulayıb.
Qeyd edək ki, "Brayton" sözügedən forvardı 2024-cü ilin avqustunda "Lids"dən alıb. Cari mövsüm klubunun forması ilə bütün turnirlərdə 34 matça çıxan fransalı 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qağayılar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Rütterin transfer qiymətini 32 milyon avro ilə dəyərləndirir.
Nihat