Belçika millisinin sabiq baş məşqçisi Domeniko Tedesko Almaniyadan aldığı təklifi geri çevirib.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport Bild" yayıb.
Mənbə italiyalı mütəxəssisin 2-ci Bundesliqa təmsilçisi "Şalke"ni çalışdırmaqdan imtina etdiyini vurğulayıb. Məlumata görə, hazırda Helzenkirxen təmsilçisi "Real Madrid"in ikinci komandasının baş məşqçisi qismində fəaliyyət göstərən Raul Qonsaleslə danışıq aparırlar.
Xatırladaq ki, Tedesko Belçika millisindən bu ilin yanvarında ayrılıb.
Nihat