Cari mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcək iki futbolçunun kimliyi bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, bunlar 39 yaşlı qapıçı Tom Hiton və 37 yaşlı müdafiəçi Conni Evansdır. Hər iki oyunçunun "qırmızı şeytanlar"la müqavilələrinin müddəti bu ilin yayında başa çatacaq.
Xatırladaq ki, 32 oyuna 38 xal toplayan "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü pillədə mövqe tutub. Komandanı portuqaliyalı mütəxəssis Ruben Amorim çalışdırır.
Nihat