"Mançester Yunayted"in sabiq kapitanı, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Roy Kin "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah barədə danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:
"O, "Arsenal"da oynasaydı, "Arsenal" bu mövsüm çempion olardı. Salah bu qədər xüsusi futbolçudur".
Qeyd edək ki, cari mövsüm "qırmızılar"ın forması ilə bütün turnirlərdə 46 matça çıxan Salah 32 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.
Nihat