2015-2016-cı illər aralığında "Real Madrid"i çalışdıran Rafael Benites İspaniya nəhəngini Kriştianu Ronaldu ilə fikir ayrılığına görə tərk etdiyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:
"Real"dan Ronalduya görə getdiyim həqiqət deyil. Bizim aramızda heç vaxt problem olmayıb. O, böyük futbolçudur, fenomendir. Mən "Real"dan klubun daxilindəki müəyyən problemlərə görə ayrılmışam, amma bunun Ronaldu ilə heç bir əlaqəsi yoxdur".
Nihat