UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində Parisdə 1:3 hesabı ilə uduzduğu PSJ-yə dünən Birmingemdə keçirilən matçda qalib gələrək (3:2) mübarizəni dayandıran "Aston Villa"nın baş məşqçisi Unai Emeri fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Le Parisien" belə çatdırıb:
"Onlar yarımfinala çıxdılar. PSJ elə səviyyədə oynayır ki, Çempionlar Liqasının aşkar favoritidir. Əlbəttə, "Barselona", "İnter", "Bayern Münhen" də var... Lakin PSJ-nin ortaya qoyduğu futbol möhtəşəmdir. Bizə qarşı hər iki oyunda üstün tərəflərini görə bildik. Hərçənd biz də yolumuza davam etməyə yaxın idik, amma parislilər fantastik oynayırlar".
Nihat