UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində Kataloniyada 0:4 hesabı ilə uduzduğu "Barselona"ya dünən Dortmundda keçirilən matçda qalib gələrək (3:1) mübarizəni dayandıran "Borussiya"nın baş məşqçisi Niko Kovaç fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, xorvat mütəxəssisin sözlərini UEFA-nın belə çatdırıb:
"Bu gün komandamın ifasında möhtəşəm futbol izlədik. Sərt pressinq tətbiq edərək intensiv oyunla yadda qaldıq. Əlbəttə, mübarizəni dayandırdığımız üçün üzgünəm, amma biz bu gün "Barselona"ya 2025-ci ildə ilk məğlubiyyət acısını yaşatdıq. Bu, çox şeydən xəbər verir. Özümüzlə fəxr etməyə haqqımız çatır".
Nihat