"Liverpul"un kapitanı Vircil van Deykin növbəti mövsümə harada başlayacağını açıqlanıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı müdafiəçi ilə müqavilə yenilənəcək.
33 yaşlı van Deykin yaxın vaxtlarda rəsmi anlaşmaya qol çəkəcəyi bildirilib.
Qeyd edək ki, 2018-ci ildən "Liverpul"un uğurları üçün çalışan arxa xətt oyunçusu cari mövsüm bütün turnirlərdə 44 matça çıxaraq 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 28 milyon avro ilə dəyərləndirir.
Nihat