"Biz sübut etdik ki..." - Bukayo Saka

"Biz sübut etdik ki..." - Bukayo Saka

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin Londonda baş tutan ilk matçında 3:0 hesabı ilə yendiyi "Real Madrid"i dünən səfərdə də məğlubiyyətə uğradaraq (2:1) adını yarımfinala yazdıran "Arsenal"ın hücumçusu Bukayo Saka qarşılaşmanın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 13-cü dəqiqədə penaltidən yararlana bilməyən, komandasının qollarından birinə imza atan ön xətt oyunçusunun sözlərini "Sport.es" belə çatdırıb:

"Sübut etdik ki, Avropada oynamağı bacarır, dünyanın ən yaxşı rəqiblərindən birini həm evdə, həm də səfərdə məğlub edə bilirik. Bu oyun əsl bəyanat idi. Çempionlar Liqasının qalibi ola biləcəyimizi anlamaq olduqca xoş hissdir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər