"Real Madrid"in qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda 0:3 hesabı ilə yenildikləri "Arsenla"a İspaniyada da uduzaraq (1:2) mübarizəni dayandırmalarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini AS belə çatdırıb:
"Hərdən yəqin ki, özünütənqidə üstünlük verməli və hər şeyə diqqətlə baxmaq lazımdır. Mən hiss edirəm ki, biz komandayıq, amma bəzən fərdi yox, daha yaxşı komanda oyunu sərgiləməliyik. Yalnız Vinisius və Kilian Mbappe ilə bir dəfə alına bilər, həmişə yox. Bunu anlamaq və özünütənqid yolunu seçmək vacibdir. İrəli baxmalıyıq".
Nihat