Almaniyanın elita klublarından olan "Union" müdafiəçisi Kristofer Trimmellə müqavilə yeniləyib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu müddəti 2026-cı ilin yayına qədər olan anlaşmaya imza atıb.
Avstriyalı oyunçu 2014-cü ildən "Union"un uğurları üçün çalışır.
Qeyd edək ki, Trimmel indiyədək Berlin komandasının forması ilə 355 matça çıxaraq 5 qol vurub. 2009-cu ildən Avstriya millisinə çağırılan arxa xətt oyunçusu yığmada 22 görüşdə 1 qol ilə yadda qalıb.