Almaniya Bundesliqasının turnir cədvəlində lider "Bayern Münhen"dən 8 xal geri qalan "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso komandasının çempionluq şanslarını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, ötən mövsüm ölkə birinciliyinin qalibi olan "əczaçılar"ın ispan çalışdırıcısının sözlərini Bundesliqanın rəsmi saytı belə çatdırıb:
"Riyazi olaraq mübarizə hələ sona çatmayıb. Amma biz bilirik ki, bu mövsüm çox heç-heçə etmişik. Səkkiz xal çox böyük fərqdir".
Xatırladaq ki, Leverkuzen təmsilçisi ötən mövsüm Almaniya Kubokunu da qazanıb. Eyni zamanda, Alonsonun komandası UEFA Avropa Liqasının finalına qədər irəliləyərək "Atalanta"ya 0:3 hesabı ilə uduzub.
Nihat