Zədə səbəbindən "Real Madrid"in La Liqanın 32-ci turu çərçivəsində "Atletik" ilə mübarizəsini (1:0) kənardan izləyən Kilian Mbappenin İspaniya Kubokunun finalında "Barselona"ya qarşı oynayıb-oynamayacağı açıqlanıb.
Fanat.Az "Tiempo de Juego"ya istinadən xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında - "Arsenal"la İspaniyadakı görüşdə (1:2) zədələnən fransalı hücumçu aprelin 26-da baş tutacaq finalda meydanda olacaq.
Mənbə sağ topuğundan yüngül xəsarət alan Kilianın hazırda özünü yaxşı hiss etdiyini və hətta aprelin 23-də "Xetafe" ilə La Liqa matçında da "Real"a kömək edə biləcəyini vurğulayıb.
Qeyd edək ki, cari mövsüm "Kral klubu"nun forması ilə bütün turnirlərdə 50 matça çıxan Mbappe 33 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Nihat