"Mançester Yunayted"in və İrlandiya millisinin sabiq yarımmüdafiəçisi Roy Kin cari mövsümün sonunda "Liverpul"dan azad agent qismində ayrılaraq "Real Madrid"ə keçəcəyi gözlənilən Trent Aleksander-Arnolddan danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Mirror" belə çatdırıb:
"Təəccüblüdür, Trentin mümkün gedişi elə müzakirə olunur ki, elə bil getsə, dünya dağılacaq. O, komandasına sədaqətlə xidmət etmiş əla oyunçudur. Amma mən əminəm ki, "Liverpul" bu itkinin öhdəsindən gələcək. "Liverpul"dan Trentdən yaxşıları da gedib, amma sonda hər şey yaxşı olub".
Nihat