"Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 33-cü turunda "Lester Siti"nin qapısına qələbə qolunu vuran (1:0) müdafiəçi Trent Aleksander- Arnoldla bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "qırmızılar"ın rəsmi saytı niderlandlı mütəxəssisin mövsümün sonunda azad agent qismində "Real Madrid"ə keçəcəyi gözlənilən oyunçu barədə sözlərini belə çatdırıb:
"Bu gün yazıların başlıqları onun müqaviləsi yox, vurduğu qolla bağlı olmalıdır. Trentin kluba sədaqətinə şübhə yoxdur. O, zədədən qayıtdı və belə bir qol vurdu. Sıraya dönmək üçün çox əziyyət çəkdi, məşqlərdə mümkün olan hər şeyi etdi. Məncə, Aleksander-Arnoldun sədaqətinə heç kim şübhə edə bilməz".
Nihat