Fransa təmsilçisi "Olimpik Marsel"in braziliyalı sağ cinah hücumçusu Luis Enrike karyerasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Foot Mercato" yayıb.
Xəbərə görə, 23 yaşlı forvardın xidmətində "İnter" maraqlıdır. Mənbə tərəflərin artıq şifahi razılığa gəldiyini vurğulayıb. Transferin cari mövsümün sonunda reallaşmaq ehtimalının yüksək olduğu bildirilib.
Enrikenin Marsel klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub. Cari mövsüm Liqa 1 komandasının forması ilə bütün turnirlərdə 32 matça çıxan vinger 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.
Nihat