"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola belçikalı vinger Jeremi Dokunun əsas heyətdəki yerini itirməsindən və sözügedən oyunçunun İngiltərə Premyer Liqasının 33-cü turunda "Everton"a qarşı oyundakı (2:0) performansından danışıb.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini "şəhərlilər"in rəsmi saytı belə çatdırıb:
"Son oyunlarda Dokuya qarşı elə ədalətsiz olmuşam ki... "Tottenhem"lə səfər matçını (1:0), "Brayton"la ev oyununu (2:2) xatırlayıram. Onsuz xallar qazanmağımız mümkün deyildi. Jereminin son vaxtlar oynamamasının yeganə səbəbi bizim həmin qarşılaşmalarda hücumları vingerlərlə etməməyimizdir. Biz cinah müdafiəçiləri və mərkəz oyunçuları ilə həmlələr qururuq.
Doku "Everton"la matçda topu özündə saxlayır, cərimə meydançasına inamla girir, rəqib müdafiəsini gərginlikdə saxlayırdı. O, üçüncü zonada qarşısıalınmazıdr. Həqiqətən yaxşı oynadığı üçün şadam".
Nihat