"Liverpul"un hücumçusu Darvin Nunyesin gələcək taleyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, uruqvaylı forvard cari mövsümün sonunda "qırmızılar"la vidalaşacaq. Mənbə artıq futbolçu ilə “Liverpul”la arasında razılıq əldə edildiyini vurğulayıb.
Qeyd edək ki, Nunyes İngiltərə nəhənginə 2022-ci ildə “Benfika”dan transfer olunub. Mersisayd təmsilçisi həmin vaxt qarşı tərəfə bonuslar da daxil olmaqla 100 milyon avro ödəyib. Sözügedən futbolçu cari mövsüm 25 matça çıxaraq 5 qolla yadda qalıb.
Nihat