İspaniya La Liqası: "Atletiko" Madriddə, "Betis" Sevilyada coşdu

İspaniya La Liqası: "Atletiko" Madriddə, "Betis" Sevilyada coşdu

İspaniya La Liqasında 33-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 4 matç baş tutub.

“Leqanes” – “Jirona” duelində tərəflər hərəyə 1 xalla kifayətləniblər. “Osasuna” öz meydanında “Sevilya”nı, “Atletiko Madrid” “Rayo Valyekano”nu, “Betis” isə “Valyadolid”i yenib.

Hazırda La Liqanın turnir cədvəlinə 76 xalı olan “Barselona” başçılıq edir. “Real Madrid” 72 xalla ikinci,  “Atletiko Madrid” (66 xal) üçüncüdür. “Atletik” 60, “Betis” 54, “Vilyarreal” 52, “Selta” 46, “Osasuna” və “Malyorka” 44 xal toplayıblar.

İspaniya La Liqası 33-cü tur 22 aprel

Valensiya – Espanyol 1:1 Qollar: Querra, 57 – Puado, 40.

Barselona – Malyorka 1:0 Qol: Olmo, 46.

23 aprel

Atletik – Las Palmas 1:0 Qol: Uilyams, 5.

Selta – Vilyarreal 3:0 Qollar: Lopes, 45. İqlesias, 53. Aspas, 87-pen.

Alaves – Real Sosyedad 1:0 Qol: Tenalya, 65.

Xetafe – Real Madrid 0:1 Qol: Gülər, 21.

24 aprel

Leqanes – Jirona 1:1 Qollar: Əl-Haddadi, 90+2 – Stuani, 54.

Osasuna – Sevilya 1:0 Qol: R.Qarsiya, 25.

Atletiko Madrid – Rayo Valyekano 3:0 Qollar: Sörlot, 3. Qallaqher, 45. X.Alvares, 77.

Betis – Valyadolid 5:1 Qollar: X.Rodriges, 17. K.Hernandes, 64. İsko, 66. Perro, 84. Ezzalzuli, 90 – Çuki, 41.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər