"Barselona"nın baş məşqçisi Hans-Diter Flik rəhbərlik etdiyi komandada onu təəccübləndirən futbolçunun adını deyib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssisin sözlərini "Barca Universal" belə çatdırıb:
"Erik Qarsiyanın səviyyəsinə mat qalmışam. O, sağ cinah müdafiəçisi mövqeyində də özünü ən yaxşı tərəfdən göstərə bilir. Erik həm meydanda çox önəmli fiqurdur, həm də paltardəyişmə otağında. Şadam ki, sərəncamımda belə futbolçu var".
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 37 matça çıxan 23 yaşlı Qarsiya 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.
Nihat