"Tottenhem"in mərkəz müdafiəçisi Kristian Romero karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.
Xəbərə görə, onun xidmətində "Atletiko Madrid" maraqlıdır. Mənbə tərəflərin artıq danışıqlara başladığını vurğulayıb. Romeronun artıq La Liqa təmsilçisi ilə müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə ilə bağlı razılığa gəldiyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, bu mövsüm İngiltərə Premyer Liqasında 18 matça çıxan 26 yaşlı Kristian 1 qolla yadda qalıb. O, cari "futbol ili"ndə Avropa Liqasında 4 oyun keçirib.
Nihat