Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Liverpul"la müqavilə yeniləyən Məhəmməd Salahın transferindən əlini üzəndən sonra yeni hədəf tapıb.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış jurnalist Ben Ceykobs yayıb.
Xəbərə görə, sözügedən klub müqavilə ilə "Napoli"yə məxsus olan, hazırda icarə əsasında "Qalatasaray"ın formasını geyinən Viktor Osimheni almaq istəyir. Mənbə "Əl-Hilal"ın klublararası dünya çempionatının startına qədər keçidi reallaşdırmağı hədəflədiyini vurğulayıb. Nigeriyalı futbolçunun "Napoli" ilə müqaviləsindəki sərbəstqalma məbləğinin 75 milyon avro olduğu da diqqətə çatdırılıb.
Xatırladaq ki, cari mövsüm bütün turnirlərdə 35 matça çıxan Osimhen 30 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat