"Liverpul"un və "Bayern Münhen"in sabiq futbolçusu Markus Babbel Mersisayd klubunu Harri Keyni transfer etməyi məsləhət görüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Liverpool Echo" belə çatdırıb:
"Darin Nunyes daha çox oynamalıdır. Amma "Liverpul" bu yay onu satmağı planlaşdırırsa, top bombardir almaq istəyirsə, Harri Keynə diqqət yetirməlidir. Keyn İngiltərə Premyer Liqasına qayıtsa, komandasına çox şey verər".
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 42 matça çıxan Nunyes 7 qol və 7 məhsuldar ötürmə ilə ilə yadda qalıb. Uruqvaylı forvardın "qırmızılar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.
Nihat