İngiltərənin elita təmsilçilərindən olan "Nyukasl"ın baş məşqçisi Eddi Hau pnevmoniya diaqnozu ilə yerləşdirildiyi xəstəxanadan çıxıb.
Fanat.Az xəbər verir ki, məlumatı "sağsağanlar"ın mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin səhhətinin normallaşdığı və işini davam etdirməsi ilə bağlı hər hansı problem qalmadığı bildirilib.
Xatırladaq ki, Hau Premyer Liqanın 32-ci turunda "Mançester Yunayted"ə qarşı oyundan bir gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. "Nyukasl" çempionatın 34-cü turunda "İpsviç"i qəbul edəcək.
Nihat