İngiltərə Premyer Liqasının (İPL) 34-cü turunda öz meydanında "Kristal Pelas"la 2:2 hesablı bərabərliyə razılaşan "Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının oyununu tənqid edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Daily Mail" belə çatdırıb:
"Nəticəyə və ortaya qoyduğumuz futbola görə məyusam. Tam şəkildə dominantlıq etmək üçün bir çox aspektlərdə sabitliyə nail ola bilmədik. Görünən bu idi ki, top bizdədir, amma iki dəfə hesabda önə keçsək də, üstünlüyü qorumağı bacarmadıq. Öz səviyyəmizdən aşağı oynadıq. Ən yaxşı formada deyilsənsə, hesabda iki dəfə önə keçirsənsə, qələbəni "qoparmalısan". Lakin biz xüsusilə ikinci qolu vurandan sonra bu işin öhdəsindən gələ bilmədik. Fərqli səbəblərdən oxşar vəziyyətlərdə dəfələrlə xallar itirmişik və bu itkilər bizə həmişə baha başa gəlib".
Qeyd edək ki, hazırda 67 xalı olan "Arsenal" İPL-in turnir cədvəlində 2-ci pillədə mövqe tutub.
Nihat