"Mançester Siti" bu yay "Real Madrid"in iki ulduz futbolçusunu sıralarına cəlb etməyə çalışacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Defensa Central" yayıb.
Məlumata görə, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola Cud Bellingemlə Eduardu Kamavinqanı sərəncamında görmək istəyir. Mənbə İngiltərə nəhənginin bu futbolçuların transferi üçün "Kral klubu"na 200 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb. "Real" rəhbərliyinin Eduardu və Cudu satmaq barədə düşünmədiyi, lakin "Siti"nin La Liqa təmsilçisini yola gətirmək naminə bütün gücünü səfərbər edəcəyi diqqətə çatdırılıb.
Nihat