Türkiyə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci finalçı “Trabzonspor” – “Göztəpə” duelində bəlli olub.
Rəqibini inamla yenən Trabzon təmsilçisi finala yüksəlib.
Beləliklə, mayın 14-də baş tutacaq həlledici görüşdə “Qalatasaray” “Trabzonspor”la üz-üzə gələcək.
Türkiyə kuboku
Yarımfinal
22 aprel
Konyaspor – Qalatasaray 1:5
Qollar: Pedrinyo, 53 – Osimhen, 26. L.Torreyra, 42. Sallai, 47; 55. Y.Demir, 90+1.
24 aprel
Trabzonspor – Göztəpə 2:0
Qollar: Tufan, 78. Zubkov, 89.