"Real Madrid"in zədə səbəbindən uzun müddət kənarda qalan müdafiəçisi Ferlan Mendi sıraya dönüb.
Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, artıq kollektiv məşqlərə qatılan fransalı futbolçu sabah İspaniya Kubokunun "Barselona” ilə final matçda start "11-lik"də yer alacaq.
Xəbərə görə, Mendi paytaxt təmsilçisinin son iki məşqində özünün yaxşı tərəfdən göstərdiyi üçün baş məşqçi Karlo Ançelotti ona güvənmək qərarına gəlib.
Qeyd edək ki, 29 yaşı arxa xətt oyunçusu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" ilə cavab oyununda sıradan çıxmışdı.