"Real Madrid" baş məşqçisi Karlo Ançelottinin rəhbərliyi altında antirekorda imza atıb.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, "Kral klubu" ilk dəfə italiyalı mütəxəssis ilə bir mövsümdə 13 dəfə uduzub.
Sözügedən komanda son olaraq ötən gün İspaniya Kubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə yenilib.
Paytaxt təmsilçisi cari "futbol ili"ndə 6 dəfə Çempionlar Liqasında, 5 dəfə La Liqada, İspaniya Kubokuda və Superkubokuda məğlub olub.
Qeyd edək ki, "Real" daha öncə Ançelottinin rəhbərliyi altında 1 mövsümdə 12 oyunda yenilgiyə üzülmüşdü.