Braziliya millisinin sabiq baş məşqçisi Luis Felipe Skolarinin yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, 76 yaşlı mütəxəssis “Qremio”da çalışacaq.
Məlumatı klubun mətbuat xidməti yayıb. O, Braziliya klubunun yeni texniki direktoru təyin edilib.
Son iş yeri 2024-cü ildə tərk etdiyi “Atletiko Mineyro” olan Skolari 4 dəfə - 1987, 1993-1996, 2014-2015 və 2021-ci ildə “Qremio”nu çalışdırıb.