İngiltərə Kubokunda ikinci finalçı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu gün reallaşan ikinci yarımfinal görüşündə “Nottingem Forest” “Mançester Siti”ni qəbul edib.
Səfərdə 2 cavabsız qolla qalib gələn MS adını finala yazdırıb.
Daha öncə “Kristal Pelas” da “Aston Villa”nı yenərək finala çıxmışdı. Həlledici qarşılaşma mayın 17-də keçiriləcək.
İngiltərə Kuboku
Yarımfinal
26 aprel
Kristal Pelas – Aston Villa 3:0
Qollar: Eze, 31. Sarr, 58; 90+4.
27 aprel
Nottingem Forest – Mançester Siti 0:2
Qollar: Lyuis, 2. Qvardiol, 51.